Taekvondoçumuz Yekaterinburqda bürünc medal qazandı
Azərbaycan taekvondoçusu Adil Eyvazov Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında bürünc medal qazanıb.
Redaktor.az-ın məlumatına görə, 58 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda rusiyalı Vladimir Mısova 0:2 hesabı ilə uduzaraq üçüncü yeri tutub.
Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib.