İordaniya yığmasının Azərbaycanla yoldaşlıq görüşü üçün ilkin heyəti açıqlandı

 22:52 30.08.2023     302

İordaniya yığmasının sentyabrda Norveç və Azərbaycan millilərinə qarşı keçirəcəyi yoldaşlıq görüşləri üçün ilkin heyəti açıqlanıb.

Redaktor.az-ın məlumatına görə, baş məşqçi Hüsseyn Ammuta 31 futbolçuya dəvət göndərib.

Onlardan 5-i qapıçı, 10-u müdafiəçi, 9-u yarımmüdafiəçi, 7-si isə hücumçudur.

Artıq təlim-məşq toplanışına başlayan İordaniya yığması ilk yoxlama görüşü üçün sentyabrın 4-də Norveçə yollanacaq. Səfərdən bir gün əvvəl isə yekun heyət açıqlanacaq.

Qapıçılar: Yazid Əbu Layla, Abdulla əl-Fəxuri, Malik Şalabiya, Məhəmməd əl-Əmvasi, Abdullah əl-Zubi
Müdafiəçilər: İhsan Həddad, Firas Şalabiya, Məhəmməd Əbu Həşiş, Yusuf Əbu əl-Cəzar, Mustafa Eid, Abdullah Nəsib, Yazan əl-Arab, Məhannəd Xair Allah, Salim Obaid, Hijazi Maher
Yarımmüdafiəçi: Mahmud Şavkat, Nizar əl-Raşdan, İbrahim Sadeh, Nur əl-Ravabdeh, Raqayi Ayed, Obayda əl-Samarneh, Saleh Rateb, Yussef Əbu Calbuş, Məhəmməd Əbu Rizk
Hücumçular: Mahmud əl-Mardi, Musa əl-Tamari, Anas əl-Avadat, Məhəmməd Əbu Zureyk, Həmzə əl-Dardur, Əli Olvan, Yazan əl-Naymat

Qeyd edək ki, İordaniya yığması sentyabrın 7-də Norveçlə Osloda, 12-də isə Azərbaycan millisi ilə Bakıda üz-üzə gələcək.