"Turan Tovuz" səfərdə "Sabah"ı məğlub etdi

 21:15 01.09.2023     315

Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib.

Redaktor.az xəbər verir ki, günün yeganə matçında "Sabah" "Turan Tovuz"u qəbul edib.

Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə bitib. 19-cu dəqiqədə Roderik Miller, 56-cı dəqiqədə Şəhriyar Əliyev, 79-cu dəqiqədə isə Belajdi Pusi fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 9-a çatdıran "Turan Tovuz" hələlik ikinci pillədə qərarlaşıb. Rəqibindən bir oyun az keçirən paytaxt klubu 4 xalla 6-cı sıradadır.

Qeyd edək ki, turun digər oyunları 2-3 sentyabrda olacaq.