Rusiya və Belarus idmançıları bu yarışa da buraxılmadı

 21:55 01.09.2023     452

Beynəlxalq Olimpiya Komitəsi (BOK) rus və belarusluların Asiya Oyunları-2023-də iştirakına icazə verməyib.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Asiya Oyunları Şurası məlumat yayıb.

"Rusiya və Belarus idmançıları Asiya Oyunlarında olmayacaq - bu, Asiya Oyunları Şurasının deyil, BOK-un qərarıdır", - Şuradan bildirilib.

Asiya Oyunları sentyabrın 23-dən oktyabrın 8-dək Çində keçiriləcək çoxnövlü idman yarışıdır. Asiya Oyunlarında ruslar və belarusların iddia etdiyi Olimpiya lisenziyaları oynanılacaq.

Ötən ilin sentyabrında Çinin Hançjou şəhərində Asiya Oyunları keçirilməli idi. Lakin koronavirusun yeni dalğası səbəbindən müsabiqənin bir il əvvələ təxirə salındığı açıqlandı.

Xatırladaq ki, Ukraynaya genişmiqyaslı işğalın başlamasından sonra Beynəlxalq Olimpiya Komitəsi Rusiya və Belarus nümayəndələrini bütün idman növlərindən uzaqlaşdırıb.

Yalnız tennisçilər neytral statusda yarışmağa davam etdilər və bu il bu iki ölkənin idmançılarına neytral statusda və yalnız müharibəni açıq şəkildə dəstəkləməyənlərə fərdi turnirlərə qayıtmağa icazə verildi.

Bundan əvvəl Rusiya və Belarus idmançılarının 2023-cü il Avropa Oyunlarında iştirakına rəsmən icazə verilmədiyi bildirilirdi.

Turan İSMAYIL