“Arsenal” son dəqiqə qolları ilə “Mançester Yunayted”i məğlub etdi
İngiltərə Premyer Liqasının IV turunun mərkəzi oyununda “Arsenal” “Mançester Yunayted”i qəbul edib.
Redaktor.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 3:1.
Hesabı 27-ci dəqiqədə “qırmızı şeytanlar”ın heyətində Markus Reşford açıb. Lakin bir dəqiqə sonra Martin Odegard hesabda tarazlıq yaradıb. 90+6-cı dəqiqədə Deklan Rays “topçular”ı önə keçirib. 90+11-ci dəqiqədə isə Qabriel Jesus matçda son nöqtəni qoyub.
Bu nəticədən sonra “Arsenal” 10 xalla beşinci, “Mançester Yunayted” altı xalla 11-cidir.