"Qarabağ"ın rəqibi hücumçusu ilə yolları ayırdı

 20:22 05.09.2023     317

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Hakken" futbolçusu İbrahim Sadiqi satıb.

Redaktor.az xəbər verir ki, qanalı hücumçu "AZ Alkmaar"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı forvardla 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Sadiq bu mövsüm "Hakken"in heyətində 18 oyunda 13 qol vurub.

Əlavə edək ki, Avropa Liqasında qrup mərhələsinə sentyabrın 21-də start veriləcək. "Qarabağ"la birlikdə H qrupunda “Hakken” ilə yanaşı,"Bayer" və "Molde"də yer alıb. Ağdam təmsilçisi "Hakken" ilə 2-ci turda, oktyabrın 5-də səfərdə qarşılaşacaq. Bu komandalar arasında 6-cı turdakı matç dekabrın 14-də Bakıda keçiriləcək.