"Şəmkir" və "Kür-Araz" komandalarının oyununda kuryoz hadisə oldu

 21:01 05.09.2023     446

Azərbaycanda ilk dəfə təşkil olunan ikinci futbol liqasının ilk turunun oyunlarının birində kuryoz hadisə olub.

Redaktor.az "report"a istinadla xəbər verir ki, "Şəmkir" və "Kür-Araz" komandalarının oyununun ikinci hissəsində meydançaya anidən iki it daxil olub.

Bu səbəbdən oyunda bir neçə dəqiqəlik fasilə yaranıb.

Futbolçuların müdaxiləsindən sonra itlər meydançadan kənarlaşıb.

Qeyd edək ki, oyun Peşəkar Futbol Liqasının rəsmi saytı tərəfindən canlı yayımlanıb və matç 3:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb.