"Qalatasaray"ın futbolçusu dünyanın ən bahalı avtomobilini ALDI
Türkiyənin "Qalatasaray" klubunun hücumçusu Mauro İkardi dünyanın ən bahalı avtomobilini alıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Mənbənin məlumatına görə, argentinalı futbolçu hazırda üç nüsxədə buraxılan “Rolls-Royce” alıb. Avtomobilin qiyməti 26 milyon avro olaraq qiymətləndirilir.
Yusif EYVAZLI