Ronaldo 19 ildə ilk dəfə "Qızıl top"a namizəd GÖSTƏRİLMƏDİ

 23:36 06.09.2023     295

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo 19 ildə ilk dəfə olaraq "Qızıl top"a namizəd göstərilməyib. 

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, namizədlərin adları mükafatın X sosial şəbəkəsindəki səhifəsində dərc olunub.

Namizədlərin sayına 30-dan çox oyunçu daxildir. 2022/2023 mövsümündə "İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi, "Real Madrid"in xorvat futbolçusu Luka Modriç, "Napoli"nin gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliya, "Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland və başqaları bu mükafata iddialıdırlar.

Qızıl top 2022/23-ün qalibinin adı oktyabrın 30-da açıqlanacaq. Mərasim Parisdə "Şatelet" musiqili teatrında baş tutacaq.

Yusif EYVAZLI