Verratti Qətər klubuna keçə bilər

 23:59 06.09.2023     289

PSJ-nin yarımmüdafiəçisi Marko Veratti Qətərin “Əl-Ərəbi” klubuna keçməyə yaxındır.

Redaktor.az xəbər verir ki, futbolçu yeni müqavilə təklifi olmasa, Paris klubunu tərk edəcək. Bildirilir ki, italyan yarımmüdafiəçi Dohada yerləşən Qətər komandasına keçməyə artıq razılaşıb.

Xatırladaq ki, 30 yaşlı futbolçu 2012-ci ildən PSJ-də çıxış edir. Onun klubla müqaviləsi 2026-cı ilə qədərdir.

Veratti ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 38 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib. “Transfermarkt”ın verdiyi məlumata görə, oyunçunun bazar dəyəri 40 milyon avrodur.