"Qarabağ"ın futbolçusu Monteneqro yığmasında növbəti oyuna çıxdı

 23:25 07.09.2023     332

Avro-2024-ün seçmə mərhələsində 5-ci turun görüşləri keçirilir.

Redaktor.az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Marko Yankoviçin çıxış etdiyi Monteneqro millisi səfərdə Litvanın qonağı olub. Qarşılaşma 2:2 hesablı bərabərlikə başa çatıb.

Yankoviç start heyətdə meydana daxil olub və 77-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Monteneqro yığması 4 oyundan sonra 5 xal toplayıb və qrupda 5 komanda arasında 3-cü pillədə qərarlaşıb.