Messi 9 ildən sonra milli komandadakı rəsmi oyunda əvəzləndi

 11:05 08.09.2023     298

Lionel Messi 9 ildən sonra ilk dəfə Argentina millisinin rəsmi oyununda sona qədər meydanda olmayıb.

Redaktor.azn məlumatına görə, 36 yaşlı hücumçu Ekvador yığmasına 1:0 hesabı ilə qalib gəldikləri DÇ-2026-nın seçmə mərhələ oyununun 89-cu dəqiqəsində əvəzlənib. Onun yerinə meydana Esekiel Palasios çıxıb.

Təcrübəli forvard 2014-cü ildə baş tutan dünya çempionatında Nigeriyaya 3:2 hesabı ilə qalib gəldikləri qrup oyununda dubl etdikdən sonra 63-cü dəqiqədə əvəzlənmişdi.

Qeyd edək ki, Argentina yığması məhz Messinin qolu sayəsində Ekvadora qalib gəlib.