Messidən daha bir rekord

 13:22 08.09.2023     247

Argentina millisinin futbolçusu Lionel Messi daha bir rekorda imza atıb.

Redaktor.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı hücumçu buna Ekvadora 1:0 hesabı ilə qalib gəldikləri DÇ-2026-nın seçmə mərhələ matçında nail olub.

Komandasının yeganə qoluna imza atan təcrübəli forvard 6 fərqli dünya çempionatının həm final, həm də seçmə mərhələsində fərqlənən ilk futbolçu kimi tarixə düşüb.

     
Futbolçu Ölkə Say Fərqləndikləri mundiallar və seçmə mərhələlər
       
Lionel Messi Argentina 6 2006(0+1), 2010(4+0), 2014(10+4), 2018(7+1), 2022(7+7), 2026(1+0)
Rassell Latapi Trinidad və Tobaqo 5 1990(0+0), 1994(1+0), 1998(3+0), 2002(3+0), 2006(1+0), 2010(1+0)
Karlos Ruiz Qvatemala 5 2002(8+0), 2006(10+0), 2010(6+0), 2014(6+0), 2018(9+0)
Kriştianu Ronaldu Portuqaliya 5 2006(7+1), 2010(0+1), 2014(8+1), 2018(15+4), 2022(6+1)