Azərbaycan millisi Belçika ilə oyun ərəfəsində son məşqinə çıxdı

 19:47 08.09.2023     295

Azərbaycan millisi Bakıda Belçika yığmasına qarşı keçirəcəyi AVRO-2024-ün seçmə mərhələ oyunundan əvvəl Mərdəkanda yerləşən "Dalğa Arena"da son məşqinə çıxıb.

Redaktor.az-ın məlumatına görə, hazırlığın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub.

Qeyd edək ki, sentyabrın 9-da "Dalğa Arena"da reallaşacaq qarşılaşma saat 17:00-da başlayacaq.