Türkiyə - Ermənistan matçında Azərbaycan bayraqları - Fotolar

 23:15 08.09.2023     628

Xəbər verdiyimiz kimi, AÇ-2024-ün seçmə mərhələsinin 5-ci turu çərçivəsində Türkiyə millisi doğma azarkeşləri önündə Ermənistan yığmasını qəbul edir.

Redaktor.az xəbər verir ki, “Yeni Eskişehir” stadionun tribuanalarında Azərbaycan bayraqlarına da rast gəlmək mümkündür.

Belə ki, matçı izləyən azərbaycanlı futbol həvəskarları da stadionda dövlət bayrağımızı açıb.

Qeyd edək ki, matçdan öncə UEFA-nın tələbi ilə oyunda Azərbaycan bayraqlarının açılmayacağına dair xəbərlər yayılmışdı.

2