"Arsenal" Pepe ilə yolları ayırdı

 23:25 09.09.2023     362

"Arsenal" futbolçusu Nikolya Pepe ilə yolları ayırıb.

Redaktor.az klubun saytına istinadən xəbər verir ki, 28 yaşlı hücumçu ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Klub Fildişi Sahili millisinin üzvünü 2019-cu ildə "Lill"dən 80 milyon avroya almışdı.O, "Arsenal"ın heyətində bütün yarışlarda 111 oyuna çıxıb.

Ötən mövsüm Pepe "Nitsa"da icarə əsasında çıxış edib və 28 oyunda 8 qol vurub.

Daha əvvəl Pepenin karyerasını Türkiyənin "Trabzonspor" klubunda davam etdirəcəyi barədə xəbərlər yayılıb.

2