Azərbaycanlı hakim beynəlxalq oyuna təyinat aldı
Elçin Məsiyev AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 12-də Sionda keçiriləcək İsveçrə – Andorra qarşılaşmasının baş hakimi olacaq.
Bu barədə Redaktor.az-a AFFA-dan bildirilib.
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim Kamal Umudlu olacaq. Oyunun VAR hakimi Mete Kalkavan, AVAR funksiyasını isə Alper Ulusoy yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşmanın hakim-inspektoru UEFA-nın Hakimlər Komitəsinin sədri Roberto Rosetti olacaq.