Cüdoçularımız Avropa çempionatının komanda yarışını dörd medalla başa vurdular
Azərbaycan cüdoçuları Niderlandın Haaqa şəhərində keçirilən Avropa çempionatını dörd medalla başa vurublar.
Redaktor.az xəbər verir ki, yığma komanda yarışında bürünc medal uğrunda görüşdə Fransa seçməsinə 2:4 hesabı ilə uduzub.
Qeyd edək ki, daha əvvəl fərdi mübarizədə Nizami İmranov (60 kq) qızıl, Aydın Rzayev (66 kq) və Vüqar Talıbov (90 kq) gümüş, Aydan Vəliyeva (52 kq) isə bürünc medal qazanıb.