Almaniya millisi basketbol üzrə dünya çempionu oldu

 20:57 10.09.2023     304

Almaniya komandası 2023-cü ildə Filippində keçirilən basketbol üzrə dünya çempionatının qalibi olub.

Redaktor.az xəbər verir ki, Manilada, “Mall of Asia Arena”da Serbiya millisi ilə keçirilən final görüşü 83:77 hesabı ilə başa çatıb.

Qaliblər arasında ən məhsuldar basketbolçu 27 xal, iki ribaund və iki məhsuldar ötürmə verən D.Şröder olub.

Serbiya komandasının tərkibində A.Abramoviç (21) bir ribaund və iki məhsuldar ötürmə ilə ən çox xal toplayıb. Almaniya yığması üçün bu qələbə dünya çempionatlarında iştirak tarixində ilk olub.