Ermənistana qol vuran Bertuğ 7 ay əvvəl dağıntılar altından çıxarılıb
AÇ-2024-ün seçmə mərhələsində Ermənistanın qapısına qol vuraraq Türkiyə yığmasını məğlubiyyətdən xilas edən Bertuğ Yıldırım diqqət mərkəzinə düşüb.
Redaktor.az xəbər verir ki, buna səbəb onun 7 ay öncə Hatayda olan zəlzələ nəticəsində dağıntılar altında qalması və bir neçə gün sonra xilas olunmasıdır.
Həmin hadisədən 7 ay sonra milliyə dəvət alan B.Yıldırım Ermənistanla matçın son dəqiqələrində komandasına 1 xal qazandırdı.
21 yaşlı oyunçunun dağıntılar altından xilas olduqdan sonra yaxşı çıxışı müzakirələrə səbəb olub. Hər kəs futbolçuya dəstəyini bildirib.
Qeyd edək ki, Bertuğ Yıldırım hazırda Fransanın “Renn” klubunda çıxış edir. (qafqazinfo)