AFFA təxribatla bağlı UEFA-ya müraciət edəcək
AFFA Ermənistan və Xorvatiya yığmaları arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyunundakı təxribatla bağlı UEFA-ya müraciət edəcək.
Bu barədə Redaktor.az-a milli assosiasiyanın mətbuat katibi Elnur Məmmədli məlumat verib.
Qeyd edək ki, ermənilər sözügedən qarşılaşmada dronla qondarma rejimin "bayrağı"nı qaldırıblar. Oyun Xorvatiya millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.