Messi Floridada 10,75 milyon dollara malikanə alıb

 19:02 12.09.2023     298

ABŞ-ın “İnter Mayami” klubunda çıxış edən argentinalı futbolçu Lionel Messi Florida ştatının Fort Lauderdeyl şəhərində (ABŞ) dəbdəbəli malikanə alıb.

Redaktor.az “Forbes”ə istinadla xəbər verir ki, bu əmlakın dəyəri 10,75 milyon dollar təşkil edib.

Evin sahəsi 975 kvadratmetrdir və 8 yataq otağı, 9 sanitar qovşağı, 3 maşınlıq qaraj və hovuzdan ibarətdir.

Sahə estakadaya birbaşa çıxışı olan sahildə yerləşir. malikanədə spa və fitness mərkəzi də var. Bu əmlakın illik vergisi təxminən 83,400 dollardır.

Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayında "İnter Mayami"yə keçib. O, 10 İspaniya liqasında və dörd Çempionlar Liqasında qələbə qazandığı İspan klubu "Barselona"da dünya şöhrəti qazanıb.

2021-ci ildə Messi Fransanın Paris Saint-Germain klubuna keçdi və onunla iki ölkə çempionluğu və bir Fransa Superkuboku qazandı.

Argentina milli komandasının tərkibində Messi dünya çempionu və Amerika kubokunun qalibi olub. O, ilin ən yaxşı futbolçusuna verilən yeddi "Qızıl top"un sahibidir. Messi öz nəslinin ən məşhur və uğurlu futbolçularından biridir.

Turan İSMAYIL