Güləş millimizin dünya çempionatı üçün heyəti açıqlandı

 21:01 12.09.2023     273

Azərbaycanın güləş millilərinin Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatı üçün heyətləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, baş məşqçilər ümumilikdə 26 idmançıya dəvət göndəriblər.

Onlardan 10-u sərbəst, 10-u yunan-Roma, 6-sı isə qadın güləşçidir.

Sərbəst güləşçilər: Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (61 kq), Hacı Əliyev (65 kq), Maqomed-Başir Xanıyev (70 kq), Turan Bayramov (74 kq), Orxan Abasov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq), Georgi Meşvildişvili (125 kq).

Yunan-Roma güləşçiləri: Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Arif Niftullayev (97 kq), Beka Kandelaki (130 kq).

Qadın güləşçilər: Mariya Stadnik (50 kq), Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Elis Manolova (62 kq), Birgül Soltanova (65 kq).

Sentyabrın 16-da startı veriləcək dünya çempionatı ayın 24-də başa çatacaq.