Millimiz Rumıniya ilə oyunun hazırlığını davam etdirir
Futzal üzrə dünya çempionatının elit mərhələsi çərçivəsində Rumıniya yığması ilə qarşılaşacaq Azərbaycan millisi hazırlığını oyunun keçiriləcəyi Buzau şəhərində davam etdirir.
Redaktor.az xəbər verir ki, bu gün “Romeo Lamandi Arena"da 1 saat məşq keçən futzalçılarımız taktiki tapşırıqları yerinə yetirib, bir neçə standart vəziyyət üzərində işləyiblər.
Məşqdən əvvəl Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov futzalçılarla görüşüb, komandanın problemləri ilə maraqlanıb, federasiya rəhbərliyinin tapşırıqlarını çatdırıb və qarşıdakı oyunda milliyə uğurlar arzulayıb.
Qeyd edək ki, Rumıniya-Azərbaycan oyunu sentyabrın 15-də, Bakı vaxtı ilə saat 19:30-da keçiriləcək və "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.