Fernandu Santuş istefaya göndərildi
Polşa millisi baş məşqçisi Fernandu Santuşla yolları ayırıb.
Redaktor.az xəbər verir ki, bu barədə Polşa Futbol Federasiyasının saytı məlumat yayıb.
68 yaşlı portuqaliyalı mütəxəssis 2023-cü ilin əvvəlindən komandanı çalışdırırdı. Onun rəhbərliyi altında komanda 6 oyuna çıxıb (3 qələbə, 3 məğlubiyyət).
Polşa millisi Avropa çempionatının seçmə mərhələsində Albaniya (0:2) və Moldovaya (2:3) uduzub.