4 şahmatçımız Avropa çempionatında qızıl medal qazandı
Rumıniyanın Mamaya şəhərində keçirilən şahmat üzrə yeniyetmə oğlan və qızlar arasında Avropa çempionatına yekun vurulub.
Redaktor.az xəbər verir ki, Azərbaycan şahmatçıları mötəbər yarışda böyük uğur qazanıblar.
Məhəmməd Kazımzadə, Mehriban Əhmədli (hər ikisi U-8), Əhməd Xaqan (U-12), Rüstəm Rüstəmov (U-14) bütün rəqibləri qabaqlayaraq öz yaş kateqoriyalarında qızıl medal əldə ediblər.
18 yaşlılar arasında çıxış edən Ayan Allahverdiyeva və Xəzər Babazadə gümüş medala yiyələniblər.
12 yaşlı qızların mübarizəsində Səadət Bəşirli çempionatı bürünc medalla başa vurub.
Beləliklə, Azərbaycan şahmatçıları Avropa çempionatından 4 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 7 medalla qayıdırlar.
Qeyd edək ki, ümumilikdə Avropa çempionatında 47 ölkədən 928 şahmatçı mübarizə aparıb.