Levandovski "Barselona"da insana çevrildiyini bildirdi

 09:32 15.09.2023     264

İspaniyanın "Barselona" futbol klubunun hücumçusu Robert Levandovski klubda xoşbəxt olduğunu bildirib.

Redaktor.az bu barədə AS-a istinadla xəbər verir.

“Barselonada, komandada, şəhərdə, ailəmlə birlikdə çox xoşbəxtəm. "Barselona"ya qədər mən “maşın” idim, burada daha çox insan oldum" - o, deyib.

Qeyd edək ki, Levandovski 2022-ci ildə "Bavariya"dan "Barselona"ya keçib.

Turan İSMAYIL