"Zirə" "Sumqayıt"ı məğlub etdi

 20:00 15.09.2023     302

Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura start verilib.

Redaktor.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma baş tutub.

Fasilədən sonrakı ilk oyunda lider “Zirə” doğma meydanda “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

“Kəpəz” – “Səbail” və “Araz-Naxçıvan” – “Neftçi” matçları sabah keçiriləcəksə, “Turan Tovuz” – “Qəbələ” və “Qarabağ” – “Sabah” görüşləri ayın 17-də baş tutacaq.