"Sumqayıt"ın sabiq məşqçisi kluba qarşı məhkəmə işini udub
Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) "Sumqayıt"ın sabiq məşqçisi Elnur Çodarovun şikayətinə müsbət cavab verib.
Redaktor.az xəbər verir ki, bu barədə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin sabiq sədri Nailə Rüstəmzadə şəxsi feysbuk hesabından paylaşım edib.
O, mütəxəssisin məhkəmə işini udduğunu vurğulayıb. Beləliklə, klub Elnur Çodarovun 3 aylıq maaşını ödəmək məcburiyyətində qalacaq.
Qeyd edək ki, Elnur Çodarov 2021-ci ilin dekabrında “Sumqayıt”ın istefaya göndərilən məşqçilər korpusunda yer alıb. Onun “gənclik şəhəri” təmsilçisi ilə müqaviləsinin davam etməsinə baxmayaraq, rəhbərlik birtərəfli qaydada sözləşməyə xitam verib. AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi 2022-ci il martın 17-də onu haqlı saysa da, bununla razılaşmayan “Sumqayıt”ın şikayəti bir ay sonra AFFA-nın Apellyasiya Arbitraj Tribunalı tərəfindən təmin olunub.