"Səbail" səfərdə "Kəpəz"i məğlub etdi

 19:00 16.09.2023     286

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.

Redaktor.az-ın məlumatına görə, günün ilk matçında "Kəpəz" "Səbail"i qəbul edib.

Gəncə şəhər stadionunda gerçəkləşən qarşılaşma paytaxt təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitib. "Dənizçilər"in qollarını 2-ci dəqiqədə Yusif Nəbiyev, 16-cı dəqiqədə Valdemar Almeyda, 54-cü dəqiqədə isə Aleksandr Ramalinqom vurub.

Bu nəticədən sonra xallarının sayını 10-a çatdıran qonaqlar müvəqqəti olsa da, ikinci pilləyə yüksəlib. "Kəpəz" isə 4 xalla 9-cu sıradadır.

Qeyd edək ki, turun ilk matçında "Zirə" "Sumqayıt"ı 1:0 hesabı ilə üstələyib. "Turan Tovuz" - "Qəbələ" və "Qarabağ" - "Sabah" oyunları sentyabrın 17-də baş tutacaq.