"Zəngəzur" yarışı medalsız başa vurdu

 19:25 16.09.2023     283

Zəngəzurminifutbol komandası Bolqarıstanda təşkil edilən Avropa Kubokunda sonuncu oyununu keçirib.

Redaktor.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi üçüncü yer uğrunda görüşdə Rumıniyanın “Nova Vita Taqru” kollektivi ilə üz-üzə gəlib.

Rəqibinə 3:4 hesabı ilə uduzan "Zəngəzur" yarışda dördüncü yeri tutub.