Ronaldo bu klubu məhkəməyə verdi

 20:51 16.09.2023     322

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo "Yuventus" klubunu məhkəməyə verib.

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb pandemiyası zamanı maaşların verilməməsi olub.

38 yaşlı hücumçu həmin dönəmdə ödənilməmiş 19,9 milyon avronu geri qaytarmaq üçün hüquqi prosedurlara başlayıb.

Qeyd edək ki, 2018-2021-ci illərdə Turin klubunun formasını geyinən Ronaldo 134 oyunda 101 qol vurub.