Cüdoçularımız açıq Avropa turnirinə iki medalla başladı
Azərbaycan cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan açıq Avropa turnirinin ilk günündə iki medal qazanıblar.
Redaktor.az xəbər verir ki, milli üzvləri 1 qızıl və 1 gümüş medal əldə ediblər.
66 kq çəki dərəcəsində İslam Mehraliyev finalda Böyük Britaniya təmsilçisi Samuel Halla uduzaraq ikinci yeri tutub. 73 kq çəki dərəcəsində isə Nəriman Mirzəyev həlledici görüşdə isveçrəli Naim Mata qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.