Sinqapur Qran-prisinin sıralama turunda ən yaxşı nəticə göstərən AÇIQLANDI
"Formula 1" üzrə Sinqapur Qran-prisinin sıralama turunda ən yaxşı nəticəni göstərən pilotun adına aydınlıq gəlib.
Redaktor.az-ın məlumatına görə, "Ferrari" komandasından Karlos Sayns birinci olub.
"Mercedes"dən Corc Rassell ikinci, Saynsın komanda yoldaşı Şarl Lekler üçüncü yeri tutub.
Qeyd edək ki, Sinqapur Qran-prisində əsas yarış sentyabrın 17-də olacaq.