Azərbaycanın daha dörd güləşçisi mübarizəyə başlayır

 10:32 17.09.2023     274

Bu gün Azərbaycanın daha dörd sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

Redaktor.az-ın məlumatına görə, 79 kq çəki dərəcəsində çıxış edən Orxan Abasov təsnifat mərhələsində Dünya Güləş Birliyinin (UWW) bayrağı altında çıxış edən İman Mahdavi ilə üz-üzə gələcək.

57 kq-da Əliabbas Rzazadə 1/16 finalda Zeyn Riçardsla (ABŞ) qarşılaşacaq.

74 kq-da Turan Bayramov eyni raundda bəhreynli Maqomedrasul Asluyevlə, 92 kq-da isə Osman Nurmaqomedov 1/8 finalda Teyvir Bol (Kanada) - Denis Sahaliuk (Ukrayna) cütünün qalibi ilə güləşəcək.

Ötən gün mübarizəyə qoşulan Maqomed-Başir Xaniyev (70 kq) təsəlliverici görüşdə iştirak edəcək. O, polşalı Patrik Olenşinlə üz-üzə gələcək.

Qeyd edək ki, lisenziya xarakterli dünya çempionatı sentyabrın 24-də başa çatacaq.