Sinqapur Qran-Prisinin qalibi məlum oldu

 19:00 17.09.2023     287

“Ferrari” komandasının ispan pilotu Karlos Sayns Formula 1 dünya çempionatının 15-ci mərhələsinin - Sinqapur Qran-Prisinin qalibi olub.

Redaktor.az xəbər verir ki, Karlos Sayns “Red Bull”un holland pilotu Maks Ferstappenin Qran-Pridə 10 qələbəlik rekord seriyasını qırıb.

Yarışda britaniyalı Lando Norris ikinci, onun həmyerlisi Lyuis Hemilton üçüncü yeri tutub.