Güləşçimiz finala yüksələrək olimpiadaya lisenziya əldə etdi

 19:49 18.09.2023     336

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.

Redaktor.az-ın məlumatına görə, 97 kq çəki dərəcəsində çıxış edən idmançı finala gedən yolda Gürcüstan təmsilçisi Givi Maçaraşvili ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Maqomedov həm finala yüksəlib, həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.