Təxirə salınmış oyunun vaxtı açıqlandı

 20:25 18.09.2023     289

Azərbaycan Premyer Liqasının II turundan təxirə salınmış “Sumqayıt” – “Sabah” oyununun tarixi və başlama vaxtı müəyyənləşib.

Redaktor.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma oktyabrın 25-də olacaq.

"Kapita Bank Arena"da baş tutacaq matç saat 18:30-da start götürəcək.