Sərbəst güləşçimiz Yay Olimpiya Oyunlarına lisenziya qazana bilmədi

 23:59 18.09.2023     302

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında son görüşünə çıxıb.

Redaktor.az-ın məlumatına görə, 74 kq çəki dərəcəsində mübarizə aparan idmançı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya uğrunda qarşılaşmada Yunanıstan təmsilçisi Georgios Kougioumtsidislə üz-üzə gəlib.

Rəqibinə uduzan Bayramov olimpiadaya lisenziya əldə edə bilməyib.