Bu gün Çempionlar Liqasının qrup mərhələsinə start veriləcək

 13:49 19.09.2023     201

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək.

Redaktor.az-ın məlumatına görə, ilk olaraq E, F, G və H qruplarında I turun qarşılaşmaları baş tutacaq.

Günün maraqla gözlənilən oyunu Fransada keçiriləcək. PSJ doğma azarkeşlər önündə Almaniyanın "Borussiya" (Dortmund) klubunu qəbul edəcək.

Son çempion "Mançester Siti" İngiltərədə Serbiyanın "Srvena Zvezda" komandasını sınağa çəkəcək.

Çempionlar Liqası

Qrup mərhələsi

I tur

E qrupu

23:00. “Feyenoord” (Niderland) – “Seltik” (Şotlandiya)

23:00. “Latsio” (İtaliya) – “Atletiko” (İspaniya)

F qrupu

20:45. “Milan” (İtaliya) – “Nyukasl” (İngiltərə)

23:00. PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya)

G qrupu

20:45. “Yanq Boyz” (İsveçrə) – “Leyptsiq” (Almaniya)

23:00. “Mançester Siti” (İngiltərə) – “Srvena Zvezda” (Serbiya)

H qrupu

23:00. “Barselona” (İspaniya) – “Antverpen” (Belçika)

23:00. “Şaxtyor” (Donetsk, Ukrayna) – “Portu” (Portuqaliya)

Qeyd edək ki, A, B, C və D qrupunun oyunları sentyabrın 20-də baş tutacaq.