Güləşçimiz dünya çempionatında finala yüksəldi
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Rafiq Hüseynov Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında yarımfinal görüşünə çıxıb.
Redaktor.az-ın məlumatına görə, 82 kq çəki dərəcəsində mübarizə aparan idmançı Türkiyə təmsilçisi Burhan Akbudakla üz-üzə gəlib.
Rəqibinə qalib gələn Hüseynov sabah qızıl medal uğrunda qarşılaşmada iştirak edəcək.
Daha əvvəl Eldəniz Əzizli finala vəsiqə qazanıb.