Messi gələcəyi ilə bağlı sualı cavablandırdı

 23:58 21.09.2023     412

Amerikanın "İnter Mayami" futbol klubunun argentinalı hücumçusu Lionel Messi gələcəyi ilə bağlı sualı cavablandırıb.

Redaktor.az xəbər verir ki, onun sözlərini "Infobae" yayıb.

“Karyeranın sonu? Bu barədə düşünmək istəmirəm, çünki etdiyim işi sevirəm. Avropanı tərk edib bura gəlməklə mühüm addım atdım. Növbəti addım haqqında düşünmək istəmirəm, oyundan həzz almaq istəyirəm. Sevdiyim işlə məşğul olduğum üçün şanslıyam, bundan həzz alıram”, - Messi deyib.

Qeyd edək ki, Messi iki il Fransa PSJ-də oynadıqdan sonra 2023-cü ilin yayında İnter Mayamiyə keçdi. O, ilk oyunda cərimə zərbəsindən qol vuraraq klubda debüt edib. "İnter Mayami"də keçirdiyi 12 oyundan sonra Messi 11 qol vurub və 5 məhsuldar ötürmə edib.

Avqustun 20-də argentinalı Amerikada ilk kubokunu qazandı. "İnter Mayami" turnirin final matçında "Nashville"i penaltilər seriyasında məğlub edərək (10:9) Liqa Kubokunu qazanıb.

Qeyd edək ki, Lionel Messi daha əvvəl PSJ-nin onu 2022-ci il dünya çempionatının qalibi olması münasibətilə təbrik etmədiyini bildirmişdi.

Turan İSMAYIL