“Zirə” “Neftçi” ilə heç-heçə etdi

 22:28 23.09.2023     283

Azərbaycan Premyer Liqasında VII turun mübarizəsi davam edir.

Redaktor.az-ın məlumatına görə, turun ikinci oyunu paytaxtda keçirilib.

Turnir cədvəlinin lideri “Zirə” doğma arenasında “Neftçi”ni qəbul edib. Qarşılaşmada hesabı qonaqlar açıblar. 22-ci dəqiqədə Yuri Matias fərqlənib. Ancaq “qartallar” fasilə ərəfəsində “status-kvo”nu bərpa ediblər. 44-cü dəqiqədə Qismət Alıyev penaltini dəqiq yerinə yetirib.

Komandaların ikinci hissədəki cəhdlərinə baxmayaraq, qələbə qolunu vurmaq mümkün olmayıb. Nəticədə görüş 1:1 hesabı ilə başa çatıb. Bununla “Zirə” xallarının sayını 16-ya, “Neftçi” isə 9-a çatdırıb.

Qeyd edək ki, turun açılış oyununda “Sumqayıt”la “Turan Tovuz” qolsuz heç-heçə ediblər. Sentyabrın 24-də “Sabah” – “Kəpəz”, “Səbail” – “Araz-Naxçıvan”, 25-də isə “Qəbələ” – “Qarabağ” oyunları keçiriləcək.