Atıcılarımız dünya çempionatında 2 gümüş medal qazandı

 22:41 23.09.2023     326

Milli Paralimpiya Komitəsinin güllə atıcılığı üzrə yığmasının üzvləri Perunun paytaxtı Limada keçirilən dünya çempionatında 2 medal qazanıblar.

Redaktor.az-ın məlumatına görə, Kamran Zeynalov və Aybəniz Babayeva gümüş mükafata yiyələniblər.

Onlar 10 metr məsafəyə atəşdə bu uğura nail olublar.