"Barselona" 8 dəqiqəyə 3 qol vurdu

 23:35 23.09.2023     284

"Barselona" La Liqanın 6-cı turunda əzmkar qələbə qazanıb.

Redaktor.az xəbər verir ki, Kataloniya təmsilçisi evdə "Selta"nı qəbul edib. "Barselona" hesabda 0:2 geridə olsa da, yekunda 3:2 hesabı ilə qalib gəlib. Komanda  8 dəqiqəyə 3 qol vurub.

"Barselona" - "Selta" - 3:2
Qollar
: Larsen, 19 (0:1), Duvikas, 76 (0:2), Levandovski, 81 (2:1), 85 (2:2), Kanselu, 89  (3:2)

"Barselona" 16 xalla (6 oyun) 1-ci, "Jirona" 16 xalla (6 oyun) 2-ci, "Real" 15 xalla (5 oyun) 3-cü pillədə qərarlaşıb.