İkardidən Superliqada yeni REKORD
"Qalatasaray"ın futbolçusu Mauro İkardi yeni rekorda imza atıb.
Redaktor.az "NTV Spor"a istinadən xəbər verir ki, o, buna Türkiyə Superliqasının 6-cı turunda "Başakşehir"ə qarşı matçda penaltidən fərqlənərək nail olub. Bununla da, argentinalı hücumçu çempionatında start heyətdə meydana çıxdığı son 12 matçın hamısında qol vurub. Beləliklə, o, Burak Yılmaz (ardıcıl 11 oyunda qol) geridə qoyaraq bu göstəricidə yeni rekord qırıb.
Qeyd edək ki, İkardi ötən mövsüm "Qalatasaray"da 22 qol vurub. O, bu mövsüm indiyə kimi isə 10 matçda 9 qolun müəllifi olub.