Levandovskidən ƏSRİN REKORDU

 16:33 24.09.2023     311

"Barselona"nın hücumçusu Robert Levandovski klubda keçirdiyi ilk 50 matçda 35 qol vurub. 

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, 21-ci əsrdə Kataloniya təmsilçisinin futbolçular arasında ən yaxşı nəticədir.

İkinci yerdə 50 matçda 33 qolu olan kamerunlu Samuel Eto'O qərarlaşıb.

Levandovski bu mövsüm 5 matçda 3 qolla yadda qalıb. Ötən mövsüm o, La Liqanın bombardiri olub (34 oyunda 23 qol).