"Barselona"da ciddi itki
“Barselona”nın zədəli futbolçusu Frenk ide Yonqun durumu bəlli olub.
Redaktor.az klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, La Liqanın 6-cı turunun “Selta” ilə matçında (3:2) topuğundan zədələnən niderlandlı yarımmüdafiəçi bir müddət meydana çıxa bilməyəcək.
AS nəşri isə onun təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacağını yazıb.
Qeyd edək ki, De Yonq bu mövsüm meydana çıxdığı 6 rəsmi matçda 1 qol vurub.