“Qarabağ” Marko Yankoviçlə müqavilənin müddətini uzatdı

 19:37 24.09.2023     325

“Qarabağ” klubu futbolçusu Marko Yankoviçlə müqaviləni yeniləyib.

Redaktor.az xəbər verir ki, sözləşməyə əsasən, 28 yaşlı yarımmüdafiəçi 2027-ci ilədək "köhlən atlar"da çıxış edəcək.

2022-ci ilin yayından Ağdam təmsilçisində çıxış edən Yankoviç “Qarabağ” forması ilə keçirdiyi 53 oyunda 3 qol vurub.