“Sabah” “Kəpəz”lə də bacarmadı

 20:27 24.09.2023     266

Azərbaycan Premyer Liqasında 7-ci turun oyunları keçirilir.

Redaktor.az xəbər verir ki, bu gün “Sabah” doğma meydanda “Kəpəz”lə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib - 2:2.

Günün digər matçı “Səbail”lə “Araz-Naxçıvan” arasında keçirilir.

Daha öncə “Sumqayıt” – “Turan Tovuz” (0:0) və “Zirə” – “Neftçi” oyunlarında (1:1) qalib müəyyənləşməyib. Tura sabah keçiriləcək “Qəbələ” – “Qarabağ” oyunu ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
7-ci tur
24 sentyabr

“Sabah” – “Kəpəz” 2:2
Qollar: Con İrasabal, 24. Boyan Letiç, 51-pen – Abdullahi Şuaybu, 8. Georgi Papunaşvili, 60.
Hakimlər: İnqilab Məmmədov, Zeynal Zeynalov, Rahil Ramazanov, Cavid Cəlilov.
“Bank Respublika Arena”, 17:00.